Gürcüstandan Rusiyaya gedən yol yenə bağlandı

Gürcüstandan Rusiyaya gedən yol (Yuxarı Lars keçid məntəqəsi – red.) bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib .
"Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq minik avtomobilləri və sərnişin daşımaları üçün də nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hazırda yol bütün növ nəqliyyat vasitələri üçün bağlıdır", - Akopyan bildirib.
Qeyd edək ki, Yuxarı Lars yolu Ermənistanla Rusiya arasında quru əlaqəni təmin edən yeganə yoldur.
mənbə: axar