Gürcüstanda yol çəkilişində faciə: Ölənlər var
Gürcüstan-Rusiya sərhədinə doğru Kveşeti-Kobi yolunun çəkilişi zamanı dörd nəfər həlak olub.
İstinad divarının inşası zamanı torpaq sürüşməsi baş verib. Nəticədə, Türkmənistan və Çin vətəndaşları olan beş nəfər torpağın altında qalıb.
Gürcüstanın Fövqəladə Hallar Xidməti onlardan dördünün cəsədini tapıb. Bir nəfərin isə tapılaraq xəstəxanaya aparıldığı bildirilir.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb.
mənbə: oxu