Gürcüstanda qanunsuz silah satışı ilə məşğul olan 3 xarici vətəndaş saxlanılıb

Jul 29, 2026 - 14:04
 0  27
Gürcüstanda qanunsuz silah satışı ilə məşğul olan 3 xarici vətəndaş saxlanılıb
: :
playing

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Təhlükəsizliyi Departamentinin əməkdaşları odlu silah və hərbi sursatın qanunsuz satışı faktı üzrə üç xarici ölkə vətəndaşını saxlayıblar — məlumatı DTX yayır.

Qurumun bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkədə fəaliyyət göstərən iri cinayətkar qruplaşmalardan birinin şəbəkə üzvləridir və onlar Gürcüstana satmaq məqsədilə qanunsuz olaraq odlu silah və hərbi sursat gətirirmişlər. Dövlət Təhlükəsizliyi Departamentinin əməkdaşları onları Tbilisi şəhərində, cinayət başında saxlayıblar.

XEBER.GE xəbər verir ki, saxlanılan şəxslərin üzərinə, avtomobilinə və müvəqqəti yaşayış evinə keçirilən baxış zamanı maddi sübut kimi satış üçün hazırlanmış qanunsuz odlu silahlar, hərbi sursat, ehtimal ki, narkotik vasitə və elektron cihazlar götürülüb. İlkin baxış zamanı sözügedən cihazlarda müxtəlif cinayət əməllərini, o cümlədən külli miqdarda narkotik vasitələrin satışını əks etdirən foto və video materiallar tapılıb. Götürülmüş maddi sübutlar ekspertizaya göndərilib.

Dövlət Təhlükəsizliyi Xidməti beynəlxalq cinayətkar şəbəkəyə cəlb olunmuş digər şəxslərin müəyyən edilməsi, aşkarlanması və onların cinayət məsuliyyətinə cəlb olunması məqsədilə istintaqı davam etdirir.