Gürcüstanda hava şəraiti yenidən pisləşəcək

Martın 18-dən etibarən Gürcüstanda hava şəraitinin dəyişəcəyi və temperaturun enəcəyi gözlənilir.
Bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin Monitorinq və Proqnozlaşdırma Mərkəzinin qısamüddətli proqnozlar şöbəsinin rəhbəri Dodo Qvazava məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkədə günəşli və yağıntısız hava hökm sürsə də, martın 18-də, axşam saatlarından başlayaraq, Qərbi Gürcüstanda hava buludlanacaq və günün sonunda əksər bölgələrdə yağış yağacaq. Havanın temperaturu enməyə başlayacaq və bu tendensiya həftə boyunca davam edəcək. Yüksək dağlıq ərazilərdə temperaturun 1°C-yə qədər düşəcəyi gözlənilir.
Martın 18-dən başlayaraq Gürcüstanın hava şəraitində ciddi dəyişikliklər müşahidə olunacaq. Qərbi Gürcüstanda temperatur daha erkən düşəcək, 19-20 martdan etibarən isə bu tendensiya Şərqi Gürcüstanda və Tbilisidə də hiss olunacaq. Paytaxtda buludlu hava, yağış və küləyin güclənməsi gözlənilir.
Dodo Qvazava bildirib ki, martın 19-dan Tbilisidə də yağıntılar başlayacaq. Həftə ərzində dağlıq və yüksək dağlıq bölgələrdə qar yağacağı da proqnozlaşdırılır.
mənbə: Interpress