Gürcüstanda hava kəskin dəyişəcək: yağış, qar və şaxta gözlənilir

Nov 23, 2026 - 13:08
 0  13
Gürcüstanda hava kəskin dəyişəcək: yağış, qar və şaxta gözlənilir

Yaxın günlərdə Gürcüstanda hava şəraiti dəyişəcək. Sinoptiklərin proqnozuna görə, ölkənin ayrı-ayrı bölgələrində yağıntı gözlənilir, yüksək dağlıq ərazilərdə isə yağış qara keçəcək.

 XEBER.GE xeber  verir ki, həftənin ortalarından etibarən havanın temperaturu aşağı düşəcək.

23 noyabrda Qərbi Gürcüstanın əksər rayonlarında gecə saatlarında yağış yağacaq, dağlıq ərazilərdə isə qar yağacaq. Gündüz əsasən yağıntısız hava şəraiti hökm sürəcək. Düzənlik ərazilərdə havanın temperaturu gündüz +15, +20 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanda gecə bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar gözlənilir. Gündüz əsasən yağıntısız hava şəraiti davam edəcək. Düzənlik ərazilərdə temperatur +10, +15 dərəcə olacaq.

24 noyabrda temperatur nisbətən yüksək qalacaq. Lakin noyabrın 25-dən etibarən hava şəraiti pisləşəcək. Yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntılar güclü ola bilər.

26-27 noyabrda yağıntıların miqdarı nisbətən azalacaq, lakin temperatur aşağı olacaq. Gecə saatlarında dağlıq və yüksək dağlıq bölgələrdə şaxta güclənəcək.

Sinoptiklərin proqnozuna görə, noyabrın son günlərində Gürcüstanda soyuq hava şəraiti davam edəcək.