Gürcüstanda bayraqlar yarıya endirildi

Feb 25, 2025 - 11:11
 0  48
Gürcüstanda bayraqlar yarıya endirildi

Bu gün Gürcüstanda sovet işğalının 104-cü ildönümü tamam olur.

Bununla bağlı hökumət administrasiyası, parlament, ölkə üzrə bütün dövlət qurumlarının və xaricdəki diplomatik nümayəndəliklərin binalarında bayraqlar yarıya qədər endirilib.

Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tiflisə daxil olub və Gürcüstan Demokratik Respublikası devrilib. Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan edilib.

mənbə: axar