Gürcüstana elektrikli avtomobillərin idxalı artıb

2025-ci ilin yanvar-iyul aylarında ölkəyə 4 493 ədəd elektrikli avtomobil idxal olunub. Bu avtomobillərin ümumi dəyəri 76,2 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə isə 2 379 ədəd elektromobil (46 milyon dollar dəyərində) gətirilmişdi.
Bu barədə Gürcüstanın Statistika Xidmətinin (GeoStat) məlumatında qeyd olunub.
Beləliklə, bir elektromobilin orta qiyməti bu il 17 min dollar olub (vergilərsiz), ötən il isə bu göstərici 19,3 min dollar təşkil edirdi. Lakin qiymət orta hesabla müəyyənləşdirilib, markadan, modeldən və istehsal ilindən asılı olaraq dəyişə bilər.
Əsas idxalçı ölkələr:
ABŞ – 3 277 ədəd, 47,5 milyon dollar (orta qiymət 14,5 min dollar)
Çin – 571 ədəd, 12,7 milyon dollar (orta qiymət 22,2 min dollar)
Yaponiya – 375 ədəd, 2,4 milyon dollar (orta qiymət 6,4 min dollar)
Almaniya – 101 ədəd, 8,0 milyon dollar (orta qiymət 79,2 min dollar)
İxrac 238% artıb
Elektromobillərin re-eksportu da əhəmiyyətli dərəcədə artıb. Bu ilin ilk yeddi ayında Gürcüstandan 838 elektromobil (21,9 milyon dollar dəyərində) ixrac olunub. Ötən ilin eyni dövründə isə cəmi 248 avtomobil (7 milyon dollar) göndərilmişdi.
Əsas ixrac istiqamətləri bunlardır:
Qırğızıstan – 252 ədəd, 7,5 milyon dollar
Qazaxıstan – 232 ədəd, 5,5 milyon dollar
Ermənistan – 170 ədəd, 5,6 milyon dollar
Məlumatlara görə, Gürcüstanda həm idxal, həm də elektromobillərin re-eksportunda ciddi artım müşahidə olunur.
mənbə: interpress