Gürcüstan turizmdən rekord gəlir əldə etdi

Jan 20, 2025 - 22:49
 0  45
Gürcüstan turizmdən rekord gəlir əldə etdi

Gürcüstanın 2024-cü ildə turizmdən əldə etdiyi gəlir rekord göstəricidir - 4,4 milyard dollardan çoxdur.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

"Turizm sahəsində çox yaxşı nəticələr əldə etdik. 2024-cü ili rekord göstərici ilə başa vurduq. Turizmdən illik gəlir 4,4 milyard dolları ötüb. 2023-cü il hədəflərini 300 milyon dollar keçdik", – o bildirib.

mənbə: axar