Gürcüstan ətraf mühitə dair aydın strateji yanaşma təqdim edir
Gürcüstan ətraf mühitin effektiv idarə olunmasına və davamlı inkişaf prinsiplərinə əsaslanan aydın strateji yanaşma təqdim edir.
Bunu ölkə Prezidenti Mixeil Kavelaşvili Astanada keçirilən regional ekoloji sammitin plenar iclasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu gün ətraf mühitin mühafizəsi artıq yalnız siyasi müzakirələrin mövzusu deyil, həm də ölkələrin iqtisadiyyatına, cəmiyyətinə və vətəndaşların gündəlik həyatına təsir göstərir.
M.Kavelaşvili vurğulayıb ki, ətraf mühitin idarə olunmasının gücləndirilməsi, iqlim siyasətinin hazırlanması və yaşıl, inklüziv iqtisadi artımın təşviqi Gürcüstanın milli strateji sənədlərinin əsas tərkib hissəsidir.
Prezident qeyd edib ki, iqlim dəyişikliyi, su təhlükəsizliyi, biomüxtəlifliyin itirilməsi və ətraf mühitin çirklənməsi kimi çağırışlar bir-biri ilə sıx bağlıdır və bu problemlər həm cəmiyyətin dayanıqlığına, həm də iqtisadi sabitliyə ciddi təsir göstərir.
mənbə: report