Goridə yeniyetmə TikTok-da “qanuni oğru” aləminə qarşı yazdığı mənfi şərhə görə döyülüb

May 19, 2025 - 13:08
 0  94
Goridə yeniyetmə TikTok-da “qanuni oğru” aləminə qarşı yazdığı mənfi şərhə görə döyülüb
: :
playing

Goridəki məktəblərdən birinin valideynlər qrupu arasında fəal şəkildə müzakirə olunur hadisə, hansı ki, yeniyetməyə qarşı həyata keçirilmiş zorakılıqla əlaqələndirilir. Valideynlərin sözlərinə görə, məktəbli TikTok sosial şəbəkəsində kriminal aləmin əleyhinə yazdığı mənfi şərh səbəbilə bir neçə nəfər tərəfindən vəhşicəsinə döyülüb.

“Bu uşaq xəstəxanaya yerləşdirildi. Onu döyənlər təxminən 10-15 nəfər idi. Aralarında həm yetkinlik yaşına çatmayanlar, həm də böyüklər var idi. Biz də qorxuruq, axı bizim də uşaqlarımız var. Zəhmət olmasa bu hadisə ilə maraqlanın. Bildiyimizə görə, bəzi şəxslər artıq polis tərəfindən dindirilib, amma nəticədən xəbərsizik”,  deyə valideynlərdən biri “Kartlis Ambebi” media təşkilatına bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı şərh daha sonra veriləcək.

mənbə: marneulifm