Gözləri görməsə də, Quranı tam əzbərlədi

Feb 21, 2025 - 10:33
 0  17
Gözləri görməsə də, Quranı tam əzbərlədi

Gözləri görməyən hindistanlı müsləman İnamul Əli Quran hafizi olub.

Xeber.ge xəbər verir ki, Assam ştatının Tulamati kəndində yaşayan İnamul Əlinin gözləri dünyaya gəldiyi zaman görsə də, 1,5 yaşında keçirdiyi xəstəlik nəticəsində o, görmə qabiliyyəini tam itirir.

O deyib ki, ilk dəfə mədrəsəyə gedəndə müəllimləri ona bunu bacaracağını dedilər.

“Müəllimlərim məni inandırdılar ki, bu dünyada nail ola bilməyəcəyim bir şey yoxdur”, – deyə İnamul Əli qeyd edib və bu işdə ona yardım göstərdiklərinə görə müəllimlərinə təşəkkürünü bildirib.

O, Qurani-Kərimi qulaq asa-asa əzbərlədiyini bildirib. O, müəllimlərinin və sinif yoldaşlarının onun üçün oxuduqları ayələri diqqətlə dinləyib və dəfələrlə təkrar edərək onları əzbərləyib.

“Quranı hissə-hissə öyrənirdim və sonra da öyrəndiklərimi müəllimlərinin qarşısında danışırdım. Allahın inayəti və dəstəyi ilə hafizi-Quran oldum“, – deyə o əlavə edib.

“Əvvəlcə mən hər gün 4-5 sətir oxuyurdum. Sonra onların sayını 7-8-ə çatdırdım. Müəllimlərimin önündə oxuya biləcəyim maksimal sətir sayı 75 idi. Mənim dostlarım da mənə olduqca çox kömək ediblər, onlar məni öyrədərək mənimlə zaman keçirirdilər“, – deyə o bildirib.

mənbə: azshafaqna.com