Dünyanın ən çirkli şəhəri bu ölkədədir

Dec 3, 2025 - 10:22
 0  19
Dünyanın ən çirkli şəhəri bu ölkədədir

Təhlükəsiz baqaj saxlama xidmətləri göstərən Radical Storage şirkətinin araşdırmasına görə, məşhur turizm məkanı olan Budapeşt dünyanın ən çirkli şəhəri seçilib.

Xeber.ge xəbər verir ki, hesabatda Macarıstan paytaxtının tullantıların utilizasiya sisteminin ziyarətçilərin sayına tab gətirə bilmədiyi açıqlanıb.

Budapeştin təmizliyi ilə bağlı turist rəylərinin 37,9 faizi mənfidir. İtaliyanın Roması 35,7 faiz mənfi rəylə ikinci yerdədir. ABŞ-ın Las-Veqas şəhəri ən çirkli üç şəhəri (31,6 faiz) tamamlayır.

Florensiya (İtaliya), Paris (Fransa), Milan (İtaliya), Verona (İtaliya), Frankfurt (Almaniya), Brüssel (Belçika) və Qahirə (Misir) də ilk 10-luğa daxil olub.

mənbə: oxu24.com