Bəzi nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin alınması şərtləri dəyişdi

Bu gündən etibarən qoşqulu nəqliyyat vasitələrinin idarəetmə hüququnu almaq üçün keçirilən imtahanlar yeni qaydalarla aparılacaq.
Xidmət Agentliyinin yaydığı məlumata görə, 2025-ci il oktyabrın 1-dən etibarən CE, DE kateqoriyaları və C1E, D1E altkateqoriyaları üzrə sürücülük vəsiqəsi almaq istəyənlər üçün praktiki imtahan iki mərhələdən ibarət olacaq.
Bununla bağlı olaraq, ilk mərhələ qapalı meydançada keçiriləcək, ikinci mərhələ isə real yol hərəkəti şəraitində – Daxili İşlər Nazirliyinin təsdiqlədiyi xüsusi marşrutlar əsasında baş tutacaq.
Yuxarı Larsda yeni elektron sistem tətbiq olunacaq
Eyni zamanda, məlum olub ki, Yuxarı Lars keçid məntəqəsində Rusiyadan gələn yük avtomobillərinin növbə sistemi əvvəlcədən elektron rezervasiya ilə həyata keçiriləcək. Bu yenilik sürücülərin gözləmə müddətini azaltmağı və yükdaşımada prosesin daha səmərəli idarə olunmasını nəzərdə tutur.
mənbə: interpress