Bu tarixlərdə Gürcüstanda güclü yağış, dolu və fırtına gözlənilir

3-4 sentyabr tarixlərində Gürcüstan ərazisində fasilələrlə yağış və ildırım gözlənilir.
Bu barədə Ətraf Mühit Milli Agentliyi məlumat verib.
Məlumata görə, bəzi yerlərdə yağıntılar güclü olacaq, dolu və küləyin güclənməsi mümkündür. Qara dənizdə isə 3-4 bal gücündə fırtınalı dalğalanma proqnozlaşdırılır.
Agentlik xəbərdarlıq edir ki, yağıntılar kiçik çaylarda daşqınlara, dağlıq və təpəlik ərazilərdə isə sürüşmə və sel proseslərinin aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.
mənbə: interpress