Bu tarixdən hava şəraiti pisləşəcək
Noyabrın 16-da Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın qərb rayonlarında yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Bu barədə Milli Ətraf Mühir Agentliyi məlumat yayıb.
Gürcüstan ərazisində bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Dənizdə 4 bal gücündə fırtına ehtimalı var.
Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin artmasına, dağlıq və yüksək dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər. (təhlükı səviyyəsi ortadır)
mənbə: interpress