Bu gündən “Ev heyvanları haqqında” qanunun bəzi normaları qüvvəyə minir
2026-cı il yanvarın 1-dən qəbul edilmiş “Ev heyvanları haqqında” qanunun ayrı-ayrı normaları qüvvəyə minir.
Xeber.ge xeber verir ki,
Həmçinin artıq heyvanlara işgəncə verilməsinə, onlara qarşı qəddar rəftara və ya başqa formada zorakılığa görə cinayət məsuliyyətini sərtləşdirən normalar da qüvvədədir.
Qanun müəyyən edir ki, heyvanlara qarşı uyğunsuz və ya qəddar rəftar, eləcə də bu cür hərəkətlərin təşviqi yolverilməzdir. Buraya, o cümlədən, heyvanın döyülməsi, daimi bağlı saxlanılması, əzabına səbəb olan fiziki yüklənməyə məruz qoyulması, aqressiyaya təhrik edilməsi və ya digər heyvanların və insanların sağlamlığına və həyatına qarşı yönəldilməsi, həmçinin heyvana xəsarət yetirilməsi, şikəst edilməsi və ya həyat və sağlamlıq üçün təhlükəli olan digər zədələrin vurulması (o cümlədən yol-nəqliyyat hadisəsi zamanı) daxildir.
Bundan əlavə, heyvanların elmi eksperimentlər üçün istifadə edilməsi və laboratoriya sınaqlarının aparılması (yalnız “Səhiyyə haqqında” qanunda nəzərdə tutulan hallar istisna olmaqla), heyvan döyüşlərinin təşkili və keçirilməsi, eləcə də döyüşlər üçün yer ayrılması qadağandır.
“Ev heyvanları haqqında” qanun Gürcüstan Parlamenti tərəfindən 2025-ci ilin iyul ayında qəbul edilib.