Bu gündən etibarən, sürücülər səs normasını aşdıqda cərimələnəcəklər

Jan 1, 2026 - 14:00
 0  9
Bu gündən etibarən, sürücülər səs normasını aşdıqda cərimələnəcəklər

Bu gündən, yəni 2026-cı il yanvarın 1-dən, inzibati kodeksdə nəqliyyat vasitələrinə aid edilmiş dəyişikliklər qüvvəyə minib.

Xeber.ge xeber  verir ki, dəyişikliklərə əsasən, istismar zamanı müəyyən edilmiş norma səviyyəsindən artıq səs çıxaran nəqliyyat vasitəsini idarə etmək 100 lari məbləğində cərimə ilə nəticələnəcək.

Əgər bu hərəkət təkrar olunarsa, cərimə 200 lari, daha sonra isə 300 lari olacaq.

Dəyişikliklər 2022-ci ildə təşəbbüs olunmuş, qüvvəyə isə 2026-cı il yanvarın 1-dən daxil edilib.