Batumidə saxlanılan Türkiyə vətəndaşlarının əksəriyyəti azadlığa buraxılıb
Türkiyə mətbuatının məlumatına görə, Gürcüstanda saxlanılan Türkiyə vətəndaşlarının əksəriyyəti azadlığa buraxılıb.
XEBER.GE xeber verir ki, yayılan məlumata əsasən, vətəndaşların azad edilməsinə Türkiyənin Gürcüstandakı səfirliyinin müdaxiləsi və səyləri nəticəsində nail olunub.
Bununla yanaşı, xəsarət alaraq xəstəxanaya yerləşdirilən iki Türkiyə vətəndaşı da tibb müəssisəsindən evə buraxılıb. Prosesə Türkiyənin Batumidəki Baş Konsulluğunun nümayəndələri nəzarət ediblər.