Batumidə otel yaxınlığında atışma baş verib

Batumidə Şartava küçəsində gecə saatlarında atəş səsləri eşidilib.
Hadisə otelin ərazisində baş verib və xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır, bu maddə odlu silahın qanunsuz daşınması və saxlanmasını nəzərdə tutur.
Yerli sakinlərin sözlərinə görə, atışma hadisəsi 18 iyulda Batumidə restoranda baş vermiş vətəndaş Türkiyə vətəndaşı olan kişinin qətli ilə əlaqəli ola bilər. Hazırda hadisənin bu cinayətlə bağlı olub-olmaması araşdırılır.
mənbə: interpress