Batumidə Mühafizə Polisi əməkdaşı rüşvət aldığına görə saxlanılıb

Jan 31, 2026 - 13:43
 0  33
Batumidə Mühafizə Polisi əməkdaşı rüşvət aldığına görə saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları, rüşvət alma ittihamı ilə məhkəmə qərarı əsasında Mühafizə Polisi Departamentinin əməkdaşı, 2002-ci il təvəllüdlü A.M.-ni saxlayıblar.

Xeber.ge xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, Mühafizə Polisi Departamentinin əməkdaşı A.M., Batumi bulvarında öz xidməti ərazisində küçə ticarətinə himayədarlıq etmək müqabilində vətəndaşdan rüşvət qismində müəyyən məbləğdə pul alıb.

Baş Müfəttişliyin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq tədbirləri nəticəsində A.M. təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi (rüşvət alma) ilə istintaq aparılır. Bu maddə 6 ildən 9 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.