Batumidə Ana öz övladına ağır xəsarətlər yetirib
Gürcüstanın kurort şəhəri Batumidə sarsıdıcı ailə münaqişəsi baş verib.
Xeber.ge xəbər verir ki,
İlkin məlumatlara görə, ana öz övladına küt alətlə zərbələr endirib. Qonşuların verdiyi ifadəyə əsasən, hadisə zamanı qan içində eyvana çıxan şəxs bir neçə dəqiqə ərzində ətrafdakılardan kömək istəyib.
Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralı şəxsə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126 (prim) maddəsi (Ailə zorakılığı) ilə istintaq başladılıb. Hazırda hadisənin hansı zəmində baş verdiyi və münaqişənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.