Batumidə 14 yaşlı yeniyetmə 32 yaşlı kişini bıçaqlayıb

Apr 6, 2026 - 12:25
 0  21
Batumidə 14 yaşlı yeniyetmə 32 yaşlı kişini bıçaqlayıb

Gürcüstanın Batumi şəhərində yeniyetmə tərəfindən törədilən ağır cinayətin üstü açılıb.

Xeber.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Acariya Polisi Departamentinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurmaqda ittiham olunan 2010-cu il təvəllüdlü T.Q.-nı "isti izlər"lə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, Batumidə mübahisə zəminində 14 yaşlı yeniyetmə 1994-cü il təvəllüdlü R.C.-yə soyuq silahla (bıçaqla) çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs cinayəti törətdikdən qısa müddət sonra yaxalanıb. Polisin keçirdiyi baxış zamanı cinayət aləti

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (Sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq aparılır. Bu maddə üzrə saxlanılan şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.