Avtomobil səkiyə çıxaraq piyadanı vurub öldürdü

May 10, 2026 - 10:37
May 10, 2026 - 11:06
 0  28
Avtomobil səkiyə çıxaraq piyadanı vurub öldürdü

Qldanidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge xeber verir ki, məlumatı ilkin olaraq sosial şəbəkədə "Mənim şəhərim məni öldürür" (Chemi qalaqi mklavs) səhifəsi yayıb.

Onların verdiyi məlumata görə, avtomobil səkiyə (trotuara) çıxaraq piyadanı vurub.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə araşdırmalara başlayıb.