Avropalı deputatlar Gürcüstandadır - müxalifətlə danışıqlar aparılır

Dec 12, 2024 - 19:13
 0  45
Avropalı deputatlar Gürcüstandadır - müxalifətlə danışıqlar aparılır

Gürcüstana gələn Avropa Parlamentinin deputatları Orbeliani sarayında prezident Salome Zurabişvilinin qəbulunda olublar.

Avropalı deputatlar Gürcüstanda davam edən etiraz aksiyaları fonunda bu ölkədəki vəziyyətlə yerində tanış olmaqğa gəliblər.

Avropa Parlamentinin üzvləri bu gün Gürcüstanın müxalifət partiyalarının nümayəndələri ilə, xüsusən də “Birlik - Milli Hərəkat”, “Dəyişiklik Koalisiyası”, “Güclü Gürcüstan” və “Gürcüstan Naminə Qaxariya” partiyalarının liderləri ilə də görüşüblər.

Səfərlər çərçivəsində Avropa Parlamenti üzvlərinin qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

“Birlik – Milli Hərəkat”ın liderlərindən olan Tina Bokuçava deyib ki, Avropa Parlamentinin üzvləri istər qətnamələr, istərsə də ictimai bəyanatlar vasitəsilə gürcü xalqını və onun Avro-Atlantik istəklərini dəstəklədiklərini bəyan ediblər.

Bokuçava deyib kmi, Avropa birlikləri Gürcüstan hakimiyyətilə bağlı sanksiyaları da nəzərdən keçirir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstandakı etiraz aksiyaları zamanı iğtişaşçılar 150-dən çox polis əməkdaşına xəsarət yetirib - onların əksəriyyəti yanıq, sınıq, başından və üz nahiyəsindən xəsarət alıb. Müxalifət və qeyri-hökumət təşkilatlarının məlumatına görə, 300-dən çox insan (mitinq iştirakçıları və jurnalistlər) təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa və pis rəftara məruz qalıb.

Noyabrın 28-dən dekabrın 8-dək 372 nəfər inzibati qaydada həbs edilib, 100-dən çox adam cərimələnib.

Ölkənin ali rəhbərliyinin qəbul edilən qərarın ölkənin Avropa İttifaqına inteqrasiyasının dayandırılması demək olmadığını, assosiasiya sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmək üçün işləməyə davam edəcəklərini çoxsaylı izahatlarına baxmayaraq, etiraz dalğası dayanmır.

Müxalifət, həmçinin prezident Salome Zurabişvili və onu dəstəkləyən qeyri-hökumət təşkilatları yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər. Onların fikrincə, hakimiyyət oktyabrın 26-da seçkiləri saxtalaşdırıb, sonra Aİ-yə inteqrasiyanın dayandırıldığını bəyan edib, sonra isə müxalifətçilərlə divan tutulub..

mənbə: modern