ATƏT nümayəndəsi Gürcüstanda 4 oktyabr hadisələrini pisləyib

Oct 11, 2025 - 21:19
 0  11
ATƏT nümayəndəsi Gürcüstanda 4 oktyabr hadisələrini pisləyib

ATƏT Gürcüstanda baş verən 4 oktyabr hadisələrindən narahatdır.

Bu barədə ATƏT Parlament Assambleyasının nümayəndəsi Luis Qraça bəyan edib.

Bəyanat ATƏT Parlament Assambleyasının mətbuat xidməti tərəfindən yayımlanıb. Qraça yerli seçkilər zamanı və ondan sonrakı hadisələrdən, həmçinin hökuməti devirməyə yönəlmiş cəhdlərdən narahatlığını ifadə edib.

Qeyd edək ki, Qraça oktyabrın 4-də baş vermiş uğursuz dövlət çevrilişinə cəhd və prezident iqamətgahına edilən basqını pisləyən ilk beynəlxalq nümayəndə olub.

mənbə: report