AŞPA Gürcüstanda demokratik geriləmənin qabardıldığı qətnamə qəbul edib

Jun 24, 2026 - 21:37
 0  11
AŞPA Gürcüstanda demokratik geriləmənin qabardıldığı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanla bağlı qətnamə qəbul edib.

  Qətnamənin lehinə 83 deputat səs verib, 5 nəfər əleyhinə çıxıb, 4 deputat isə bitərəf qalıb.

"Gürcüstanda Demokratik Təsisatların Fəaliyyəti" adlı sənəddə ölkədə demokratik geriləmənin davam etdiyi, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və fərqli fikirlərə qarşı təzyiqlərin azalmadığı qeyd olunub.

Qətnamədə bildirilib ki, Gürcüstanda demokratiyanın zəifləməsi və Assambleyanın əvvəlki tövsiyələrinin yerinə yetirilməməsi ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə bağlı ciddi suallar yaradır.

Sənəddə demokratik müxalifət partiyalarının qadağan olunması təşəbbüsü və onların liderlərinə qarşı siyasi motivli hesab edilən məhkəmə təqibləri qəbuledilməz kimi qiymətləndirilib. AŞPA Gürcüstan hakimiyyətini bu istiqamətdə Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddianı geri götürməyə çağırıb.

Qətnamədə həmçinin vurğulanıb ki, demokratik müxalifətin, vətəndaş cəmiyyətinin və müstəqil medianın fəaliyyət imkanlarının məhdudlaşdırılması ölkədə azad və demokratik seçkilərin keçirilməsi üçün zəruri mühitin formalaşmasına mane olur.

Assambleya Gürcüstan hakimiyyətini bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə açıq və inklüziv siyasi dialoqa başlamağa çağırıb.

Sənəddə ifadə və toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərin, vətəndaş cəmiyyəti təşkilatlarına, müstəqil mediaya və müxalifət nümayəndələrinə qarşı siyasi motivli təqiblərin dayandırılmasının vacibliyi qeyd olunub.

AŞPA son dövrlərdə qəbul edilən bir sıra qanunvericilik dəyişikliklərinin, o cümlədən "Xarici təsirlərin şəffaflığı haqqında" qanunun, "Xarici agentlərin qeydiyyatı haqqında" qanunun və qrantlarla bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin yenidən nəzərdən keçirilməsini tövsiyə edib.

Qətnamədə etiraz aksiyaları zamanı polis zorakılığı və insan hüquqlarının pozulması ilə bağlı iddiaların hərtərəfli araşdırılmasının vacibliyi də vurğulanıb. Assambleya Tbilisidə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı qadağan olunmuş kimyəvi maddələrdən istifadə edildiyinə dair məlumatlardan narahatlığını ifadə edib və bu iddialarla bağlı müstəqil araşdırma aparılmasına çağırıb.

Bundan başqa, AŞPA Gürcüstanı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam şəkildə icra etməyə və ATƏT-in 

 

mənbə: report