Analıq məzuniyyəti üçün dövlət ödənişlərinə həbs qoyulmayacaq
72 deputat dəstəkləyib, 1-i əleyhinə səs verib — dövlət tərəfindən ödənilən analıq məzuniyyəti müavinəti həbs qoyulmadan qorunacaq.
“İcra icraatı haqqında” qanuna müvafiq dəyişikliklər parlamentdə üçüncü oxunuşda qəbul edilib.
XEBER.GE xeber verir ki, dəyişikliyə əsasən, hamiləlik, doğuş, uşağa qulluq və yeni doğulmuş uşağın övladlığa götürülməsi ilə əlaqədar verilən pul müavinətlərinin icra prosesi çərçivəsində hüquqi müdafiəsi yeni qaydada tənzimlənəcək.
Belə ki, dövlət büdcəsindən ödənilən hamiləlik və doğuşla bağlı ödənişli məzuniyyət, eləcə də uşağa qulluq və yeni doğulmuş uşağın övladlığa götürülməsi ilə əlaqədar ödənişli məzuniyyət dövrü üçün Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş məbləğdə pul müavinətinə həbs qoyulması qadağan ediləcək.