Alimlər sübut etdilər: İtlər yalnız səs tonunu deyil, konkret sözlərin mənasını da anlayır
PLOS ONE jurnalında dərc olunan yeni araşdırmaya əsasən, itlər müəyyən sözləri tanıya və onlara müvafiq davranışla cavab verə bilirlər.
XEBER.GE xeber verir ki, bu kəşf dördayaqlı dostlarımızın yalnız insanın jestlərinə və ya səs tonuna arxalanmadığını göstərir.
Alimlər səsli düymələrdən istifadəyə öyrəşdirilmiş itləri araşdırıblar.
Cəmi 59 itin iştirak etdiyi iki eksperiment göstərib ki, heyvanlar "oyun" və "çöl" kimi sözlərə hətta həmin sözləri sahibləri deyil, yad şəxs tələffüz etdikdə və ya düymə vasitəsilə səsləndirildikdə də reaksiya veriblər.
Əldə olunan nəticələr itlərin insanın yanaşı siqnallarına (jest, ton) reaksiya verməklə yanaşı, sözlərin mənasını da emal edə bildiyi fikrini möhkəmləndirir.
Bu kəşf insan və it arasındakı ünsiyyətin daha yaxşı öyrənilməsinə kömək edəcək. Bununla belə, tədqiqat itlərin insan dilini tam başa düşdüyü mənasına gəlmir — onlar sadəcə konkret sözləri tanımaq qabiliyyətinə malikdirlər.