ADY Gürcüstanla sərnişindaşımaların bərpası məsələsinə münasibət bildirib

Mar 17, 2025 - 17:22
 0  140
ADY Gürcüstanla sərnişindaşımaların bərpası məsələsinə münasibət bildirib

Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ ki qərar yoxdur.

Bu barədə Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, reysin mayın 1-dən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirərkən deyib.

“Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik”, - Azər Fərəcov qeyd edib.

Reysin açılışına hazırlıq işlərinə gəlincə, ADY rəsmisi bildirib ki, hazırda hazırlıq işləri bütün istiqamətlər üzrə aparılır:

"Yekun qərar olandan sonra, biz işlərimizi tamamlaya bilərik".

mənbə: marneulifm