ABŞ Gürcüstanı "daha ​​ağır" nəticələrlə hədələyib

Oct 29, 2024 - 16:02
 0  50
ABŞ Gürcüstanı "daha ​​ağır" nəticələrlə hədələyib

Amerika Birləşmiş Ştatları hökumətin kursunu dəyişməyəcəyi təqdirdə Gürcüstanı "daha ​​ağır" nəticələrlə qarşılaşmaqla hədələyib.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Bu il biz ardıcıl olaraq Gürcüstan hökumətini antidemokratik hərəkətlərindən əl çəkməyə və Avro-Atlantik yola qayıtmağa çağırdıq”, - deyə Miller bildirib.

mənbə: apa