80 yaşlı misirli nənə hafizi-Quran oldu

Nov 20, 2025 - 15:59
 0  9
80 yaşlı misirli nənə hafizi-Quran oldu

Oxumağı və yazmağa bacarmayan misirli nənə Qurani-Kərimi tam əzbərləməyi bacarıb.

Xeber.ge xəbər verir ki, Misirin Kina şəhərində yaşayan 80 yaşlı Fatimə Atito bütün çətinliklərə baxmayaraq və inanılmız bir əzmkarlıq göstərərək hafizi-Quran olub.

Yaşlı qadın bu nəticəsi ilə yaşın və qocalığın öyrənmək yolunda əsla maneə olmadığını isbat edib.

O, bu yolunun əvvəlində qısa bir müddət ərzində yazmağı və oxumağı öyrənib, ardınca isə Qurani-Kərimi əzbərləməyə və təcvid qaydalarına yiyələnməyə başlayıb. Əzbərləmə prosesi 15 il çəkib.

Keçirilən xüsusi tədbirdə Fatimə nənə və ona bu yolda yardım edənlər mükafatlandırılıb.

mənbə: azshafaqna.com