1 yanvar 2026-cı ildən Gürcüstanda kimlərin maaşı artacaq?

Nov 30, 2025 - 14:11
 0  70
1 yanvar 2026-cı ildən Gürcüstanda kimlərin maaşı artacaq?

Xeber.ge xeber  verir ki, Gürcüstanın 2026-cı il dövlət büdcəsi layihəsinə əsasən, 1 yanvar 2026-cı ildən büdcədən maaş alan şəxslərin əməkhaqları artacaq.

Xüsusilə, 2026-cı il layihəsinə görə, dövlət qulluqçularının maaşları 10% artacaq. Təcili yardım işçilərinin, hərbi qulluqçuların və polis işçilərinin maaşları da 10% artım alacaq.

Məktəb inzibati işçilərinin, məktəb tibb bacılarının və məktəb inspektorlarının maaşları isə 20% artacaq.