Zorakılıqdan müdafiə olunan 16 yaşlı yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı-VİDEO
Kişinin ona qarşı seksual zorakılıq cəhdi zamanı öldürüldüyünü bildirən 16 yaşlı oğlan azadlıqdadır – bu qərar prokurorluğun vəsatəti əsasında Rustavi məhkəməsi tərəfindən qəbul edilib, bundan sonra təqsirləndirilən şəxs birbaşa məhkəmə zalından azad edilib.
XEBER.GE xeber verir ki, məlumat üçün bildirək ki, Gürcüstan Prokurorluğu Rustavi şəhərində törədilmiş qəsdən adam öldürmə faktı ilə əlaqədar təqsirləndirilən yeniyetməyə qarşı yeni aşkar edilmiş sübutlar əsasında ittihamı yüngülləşdirib.
Daha dəqiq desək, məhkəmədə işin mahiyyəti üzrə baxılması mərhələsində əldə edilmiş ekspertiza rəyləri və digər sübutlar əsasında ittiham tərəfi yeniyetməyə irəli sürülmüş ittihamı yüngülləşdirib və ona Gürcüstan Cinayət Məcəlləsinin 113-cü (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürüb.
Söhbət 2026-cı il iyunun 5-də Rustavi şəhərində, yaşayış mənzillərinin birində törədilmiş qətldən gedir; həmin vaxt yeniyetmə təqsirləndirilən şəxs xarici ölkə vətəndaşını qətlə yetirib.
Hüquq-mühafizə orqanları yeniyetməni elə həmin gün saxlayıb və ona Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürüb ki, bu da cəza qismində 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Mövcud məlumata görə, öldürülən şəxs Bakıdan gəlmiş usta idi. İstintaq versiyasına görə, ona ölümcül xəsarətləri yeniyetmə kirayə götürülmüş mənzildə yetirib.
Məlum olur ki, hadisə baş verən zaman yeniyetmə həmin kişinin yanında qonaq olub. Yeniyetmənin yaxınları bildirirlər ki, mərhum məktəblini köməkçi fəhlə kimi işlədirmiş, iş günü başa çatdıqdan sonra onu şam yeməyinə dəvət edib, qapını bağlayıb və ona qarşı seksual zorakılıq törətməyə cəhd göstərib.