Yaxın günlərin hava proqnozu açıqlandı

Apr 1, 2025 - 14:39
 0  43
Yaxın günlərin hava proqnozu açıqlandı

2 aprel günün ikinci yarısından 3 aprel axşamınadək Gürcüstanda arabir yağış və ildırım gözlənilir, bəzi bölgələrdə isə güclü yağış və külək müşahidə oluna bilər.

Bu barədə məlumatı Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yayıb.

Qurumun bildirdiyinə görə, gözlənilən yağışlar çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda isə daşqınlara səbəb ola bilər.

“Ölkənin dağlıq rayonlarında qar uçqunlarının baş verməsi, təpəlik və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və sel proseslərinin yaranması və aktivləşməsi mümkündür (təhlükə səviyyəsi – orta)”, – deyə məlumatda qeyd olunur.

mənbə: Interpress