Yaşayış evində yanğın nəticəsində yaşlı kişi həlak olub

Feb 12, 2025 - 15:01
 0  56
Yaşayış evində yanğın nəticəsində yaşlı kişi həlak olub
: :
playing

Bu gün, səhər saatlarında Zuqdidi şəhərinin Borjomi küçəsində yerləşən yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində təxminən 80 yaşlı kişi həyatını itirib.

Yerli sakinlərin verdiyi məlumata görə, kişi evdə tək olub və yuxuda olduğu üçün onu xilas etmək mümkün olmayıb. Hazırda mərhumun cəsədi ekspertizaya göndərilib. Yanğın artıq lokallaşdırılıb. 

mənbə: Interpress