Tbilisidə atışma
Varketili rayonunda baş verən atəşlə bağlı polis hələ də gənc bir kişini axtarır.
Xeber.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə gecə yarısından sonra “Hualingin” yaşayış massivində silahlı atəş açıb. Oradakıların bildirdiyinə görə atəş nəticəsində üç avtomobil zədələnib.
Yaralananlar haqqında məlumatı istintaq orqanları yayımlamır.
Hadisə yerində bütün gecə boyunca cinayət polisi və təcili yardım fəaliyyət göstərirdi.
İstintaq əməliyyatları cinayət yerində bu an da davam edir; əraziyə perimetr çəkilib, həmçinin yerli məlumata görə müşahidə kameralarının yazıları götürülüb və insanlardan ifadə alınır.
Hadisə ilə bağlı istintaq 236-cı maddə ilə başlanıb, bu maddə silahın qanunsuz əldə edilməsi və daşınmasını nəzərdə tutur.