Tramp Ərəbistana 100 milyard üçün gedir

Apr 25, 2025 - 11:27
 0  25
Tramp Ərəbistana 100 milyard üçün gedir

ABŞ Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan çox olan silah paketi təklif etməyə hazırdır.

Xeber.ge xəbər verir ki. bu barədə “Röyters” 6 mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın may ayında krallığa səfəri zamanı təklifi elan edəcək.

3 mənbə bildirib ki, Trampın səfəri zamanı Ərəbistanın F-35 alması imkanları da müzakirə olunacaq.

Qeyd edək ki, Trampın Yaxın Şərq turnesi 13-16 maya nəzərdə tutulub.

mənbə: axar.az