Telavidə bıçaqlanma: 47 yaşlı kişi ağır yaralanıb
Gürcüstanın Telavi bələdiyyəsində qanlı hesablaşma baş verib.
Mübahisə zəminində bir nəfər soyuq silahla ağır xəsarətlər alıb.
İstintaqla müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisə qanlı qarşıdurmaya çevrilib. Münaqişə zamanı V.K. 1978-ci il təvəllüdlü Q.Q.-ya soyuq silahla bir neçə zərbə endirib və hadisə yerindən qaçıb. Yaralı kişi dərhal xəstəxanaya yerləşdirilib, ona lazımi tibbi yardım göstərilir.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs "isti izlərlə" yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (Qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb.
Bu maddə üzrə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.