Tbilisidə narkotik cinayətləri ilə bağlı 6 nəfər saxlanılıb

Apr 5, 2025 - 11:52
 0  21
Tbilisidə narkotik cinayətləri ilə bağlı 6 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Naçaladzevi, Vake-Saburtalo, Köhnə Tbilisi və İsani-Samqori əsas idarələrinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərində ittiham olunan 6 nəfəri saxlayıblar.

Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, qeyd olunan cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“Böyük və xüsusilə böyük miqdarda müxtəlif növ narkotik vasitələrin, o cümlədən “marixuana”nın qanunsuz əldə edilməsi, saxlanılması, satışı, satışa hazırlıq və satışa cəhd faktları üzrə 1996-cı il təvəllüdlü M.K., əcnəbilər - 2007-ci il təvəllüdlü K.R., 1990-cı il təvəllüdlü M.B., əvvəllər məhkum olunmuş şəxslər - 1984-cü il təvəllüdlü Z.A., 1995-ci il təvəllüdlü L.N. və 1994-cü il təvəllüdlü G.K. saxlanılıblar.

Polis, məhkəmə qərarı əsasında, saxlanılan şəxslərdən narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair bir neçə dəfə nəzarətli alış həyata keçirib və bu proseslər zamanı gizli audio-video çəkilişlər aparılıb.

Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin üzərinə və yaşayış yerlərinə baxış zamanı, həmçinin onların göstərdiyi məkanlardan “heroin”, “metadon”, “mefedron”, “buprenorfin”, “alfa-PVP” və “marixuana” narkotik vasitələrini maddi sübut kimi götürüblər. Polis, eyni zamanda, qanunsuz satılmış narkotik vasitələri də sübut kimi müsadirə edib.

Bundan əlavə, saxlanılan şəxslərdən biri - G.K.-nın mənzilinə baxış zamanı narkotik satışından əldə edildiyi ehtimal olunan 15 515 avro, 15 500 ABŞ dolları və 6 550 laridə pul vəsaiti də aşkar edilərək götürülüb.

Hazırda araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı, 18-260-cı, 273-cü prima, 19-273-cü prima maddələri üzrə aparılır.

mənbə: interpress