Tbilisidə Minab şəhidlərinin xatirəsi yad ediləcək

May 29, 2026 - 10:01
 0  44
Tbilisidə Minab şəhidlərinin xatirəsi yad ediləcək

İranda yerləşən Minab şəhərində Şəcərəyə Təyyibə ibtidai məktəbinin şəhid olmuş uşaqlarının xatirəsinə Quran məclisi təşkil olunacaq.

Xeber.ge xəbər verir ki, Tədbir Tbilisinin Soğanlıq qəsəbəsində yerləşən Əhli-beyt (ə) məscidində keçiriləcək. Məclisdə şəhid uşaqlardan birinin ata və anasının iştirak edəcəyi bildirilib.

 Eyni zamanda beynəlxalq Quran qarisi ustad Yunus Şahmuradi də tədbirin iştirakçıları arasında olacaq.

 Məclis 29 may 2026-cı il tarixində saat 20:30-da baş tutacaq.