Tbilisidə etiraz yürüşünə hücum olub – VİDEO

Feb 21, 2025 - 21:53
 0  60

Tbilisidə İctimai Yayım Şirkətinin qarşısından başlayan etiraz yürüşünün iştirakçılarına Filarmoniya yaxınlığında hücum olub.

Etirazçıların sözlərinə görə,  iki naməlum şəxs avtomobildən düşərək onlara qarşı fiziki zorakılıq tətbiq edib.

Şahidlərin sözlərinə görə, hücum edənlərdən biri qılınc, digəri isə beysbol dəyənəyi ilə silahlanmış olub.

Hücum etirazçılar parlament binasına doğru yürüş edərkən baş verib. Qısa qarşıdurmadan sonra naməlum şəxslər ərazidən uzaqlaşıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Hazırda hücum edənlərin kimliyi və motivi məlum deyil.

mənbə: interpress