Tbilisidə bir nəfər qətlə yetirilib
Tbilisidə vağzal meydanı yaxınlığında baş verən qarşıdurmada bir nəfər həlak olub.
Daxili İşlər Nazirliyinin  verdiyi məlumata görə, faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə aparılır. Həmin maddə qəsdən sağlamlığa ağır zərər vurmanı nəzərdə tutur.
Hadisə nəticəsində kişi aldığı xəsarətlərdən dünyasını dəyişib.
Daxili İşlər Nazirliyi hələlik şübhəlinin saxlanılıb-saxlanılmadığını təstiqləmir.
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            