Tbilisidə anbar yanıb
Tbilisinin Feykrebi küçəsində yanğın baş verib.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.
Yanğın anbar sahəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Halların İdarə Olunması Xidmətinin qrupları cəmləşib və alovun söndürülməsi istiqamətində işlər aparılıb.
Verilən ilkin məlumata əsasən, xəsarət alanlar barədə hələlik heç bir məlumat daxil olmayıb.
mənbə: interpress