Tbilisi-Rustavi magistralında qəza baş verib - Yaralılar var
 
                    Tbilisi-Rustavi magistralında yol-nəqliyyat hadisəsi baş verib.
"Hyundai" markalı avtomobilin sürücüsü, ehtimal ki, idarəetməni itirərək yük maşınına arxadan çırpılıb. Yük maşını isə qarşısında gedən "Opel" markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Təcili tibbi yardım briqadaları yaralıları "Rustavi Klinikasına" çatdırıb.
Klinikadan bildirib ki, xəstələrdə çoxsaylı sınıqlar qeydə alınıb, lakin onların xəsarətləri həyat üçün təhlükəli deyil.
Yol-nəqliyyat hadisəsi baş verən ərazidə patrul polisi və xilasetmə xidməti səfərbər olub.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            