Tamazaşvilinin ilk rəsmi səfəri Ermənistana oldu

Jun 30, 2026 - 13:15
 0  17
Tamazaşvilinin ilk rəsmi səfəri Ermənistana oldu

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilk rəsmi səfərini Ermənistana edib.

Bu barədə Gürcüstanın daxili işlər nazirinin mətbuat xidməti məlumat verib.

"Sulxan Tamazaşvili Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanla ikitərəfli görüş keçirəcək və nümayəndə heyəti ilə birlikdə Ermənistan Respublikasının polis bölmələrinə baş çəkəcək və onların yerindəki fəaliyyəti ilə tanış olacaq", - deyə bəyanatda bildirilir.

Tamazaşvilinin İrəvana rəsmi səfəri zamanı onun Ermənistanın baş naziri Nikol Paşinyan və Milli Təhlükəsizlik Xidmətinin rəisi Andranik Simonyanla da görüşməsi planlaşdırılır.

Tamazaşvili bu ilin aprel ayında Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri təyin edilib. O, bu vəzifədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Gela Geladzeni əvəz edib.

mənbə: publika