Sözgəzdirmək
Başqalarının sözlərini qorumaq onu başqalarına deməməkdir. Sözgəzdirmək isə başqasının sözünü haqqında danışılanların yanınnda deməkdir.
Əxlaq alimlərinin sirrin ifşa edilməsi mövzusunda müzakirə etdikləri şeylərdən biri də “nəmimə” və ya “sözgəzdirmək”dir. Sözgəzdirmək düşmənçilik və nifrətə səbəb olan, dostluq və qardaşlıq bağlarını məhv edən ən əskik insan davranışlarından biridir.
Başqalarının sözlərini qorumaq onu başqalarına deməməkdir. Sözgəzdirmək isə başqasının sözünü haqqında danışılanların yanınnda deməkdir. Sözgəzdirmək, zərər və ziyan vermə qorxusu olan bir şəxsin yanında deyilərsə, ona "siayət" deyilir. Həbs, sürgün və qətl etmək qorxusu olan padşahların və böyüklərin yanında vasitəçilik kimi.
Sözgəzdirmək Quran ayələrində ciddi şəkildə pislənilir və digər nalayiq davranışlarla müqayisədə ən çirkinlərdən biri hesab olunur. Uca Allah Qurani-Kərimdə buyurur: “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına” (Həmzə,1). Həmçinin “Qələm” surəsində Həzrət Peyğəmbərə (s) belə müraciət edilir: "Çox eyb axtarana, pis danışana və söz gəzdirənə, Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara" (Əl-Qələm,11-12). Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur ki, "Sizə ən pisiniz barədə xəbər verimmi? Dedilər: Bəli, ey Allahın Rəsulu! O buyurdu: Sizdən sözgəzdirənlər".
İnsanın sözgəzdirən şəxsin qarşısında bir neçə vəzifəsi var. Birincisi, onu təsdiq etməməlidir; çünki o, günahkar və fasiqdir və fasiqin şahidliyi qəbul olunmur. Necə ki, Uca Allah Quranda buyurur: “Əgər bir fasiq sizə xəbər gətirsə, onun xəbərini araşdırın” (Hücürat, 6). İkincisi, onu bu işdən çəkindirmək lazımdır, çünki onun əməli pis işlərdəndir və Uca Allah Quranda buyurur: “Yaxşı işlərə əmr edib pislikdən çəkindir” (Loğman, 17). Üçüncüsü, sözgəzdirən şəxsə nifrət bildirmək lazımdır, çünki o, Allahın qəzəb etdiyi bir şəxsdir və Allahın qəzəb etdiyi şəxsə nifrət etmək lazımdır. Dördüncüsü, haqqında sözgəzdirilmiş şəxsə qarşı pis düşünmək olmaz. Çünki Uca Allah buyurur: “Çox güman etməkdən çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır” (Hücürat, 12). Beşincisi, sözgəzdirənin danışığı haqqında danışılan şəxs barədə araşdırma aparmağa sövq etməməlidir. “(Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın” (Hücürat, 12).
mənbə: iqna