Senaki sular altında qaldı-VİDEO

Jun 27, 2026 - 16:38
 0  10

Gürcüstanın Qərb bölgəsində fəsadlar törədən əlverişsiz hava şəraiti və güclü leysan yağışları Sameqrelo bölgəsində ciddi problemlər yaradıb. İntensiv yağıntılardan ən çox zərər çəkən ərazi isə Senaki rayonu olub.

XEBER.GE  xəbər verir ki, rayonda avtomobil yolları, yaşayış evlərinin həyətyanı sahələri və kənd təsərrüfatı torpaqları tamamilə sular altında qalıb.

"TV Pirveli" redaksiyasının hadisə yerindən əldə etdiyi və çəkdiyi kadrlarda aydın görünür ki, güclü sel sularının basdığı magistral və daxili yollarda avtomobillərin hərəkəti tamamilə iflic olub. Bir çox nəqliyyat vasitəsi yollarda bataraq hərəkətsiz vəziyyətdə qalıb.

Hazırda rayonda subasmaların fəsadlarının aradan qaldırılması və suyun çəkilməsi istiqamətində müvafiq xidmətlərin səfərbər olunduğu bildirilir.