Səudiyyə Ərəbistanında dünyanın ilk asma stadionu tikiləcək

Oct 29, 2025 - 10:20
 0  18
Səudiyyə Ərəbistanında dünyanın ilk asma stadionu tikiləcək

Xeber.ge xəbər verir ki, Səudiyyə Ərəbistanında dünyanın ilk asma stadionunun tikilməsi planlaşdırılır.

.Arena yer səviyyəsindən 350 metr yüksəklikdə yerləşəcək. Qeyd edilir ki, 2034-cü il dünya çempionatının oyunları orada keçirilə bilər.

Stadion 46 min azarkeş tutumuna malik olacaq. Onun tikintisinin 2032-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, futbol üzrə 2034-cü il dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.

mənbə: oxu.az