Rusiyanın Kursk vilayətində Şimali Koreyanın itkiləri açıqlanıb

Apr 30, 2025 - 13:06
 0  77
Rusiyanın Kursk vilayətində Şimali Koreyanın itkiləri açıqlanıb

Kursk vilayəti ərazisində döyüşlər zamanı təxminən 600 şimali koreyalı əsgər həlak olub.

Xeber.ge xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinə istinadla xəbər verir.

Materialdan bəlli olur ki, KXDR Ukrayna ilə münaqişəsi zonasına ümumilikdə 15 min hərbçi göndərib. Bu zaman şimali koreyalı döyüşçülər arasında ümumi itkilər - yaralılar və həlak olanlar da daxil olmaqla təxminən 4.7 min nəfər təşkil edib.

Eyni zamanda, Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvü Li Son Kvon jurnalistlərə bildirib ki, KXDR-dən olan əsgərlərin döyüş qabiliyyəti Ukraynada döyüşlərdə iştirak etdikləri müddətdə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

"Şimali Koreya hərbçiləri daha az səriştəsiz olublar, çünki onlar pilotsuz uçuş aparatları kimi yeni silahlardan istifadəyə alışırlar", - deyə qanunverici izah edib.

mənbə: oxu.az