Rusiyada Gürcüstan vətəndaşı tutuldu

Oct 21, 2024 - 15:44
Oct 21, 2024 - 18:38
 0  54
Rusiyada Gürcüstan vətəndaşı tutuldu

Yeqoryevskdə FSB əməkdaşları qanunsuz silah və partlayıcı maddələrin dövriyyəsində şübhəli bilinən Gürcüstan vətəndaşını saxlayıb.

Bu barədə Lenta.ru-ya Rusiya FTX-nin Moskva və Moskva vilayəti üzrə İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, 1968-ci il təvəllüdlü əcnəbi qanunsuz olaraq öz yerində “TOZ-8” markalı kiçik çaplı tüfəng, “İJ-27” ov tüfəngi, 300-dən çox patron, 1 ədəd RQD-5 qumbarası və 500 qramdan artıq qara toz saxlayıb.  Onun evindən həmçinin Abxaziya vətəndaşının saxta pasportu və Nümayəndəliyin Daxili İşlər Nazirliyi, FTX və Rusiya Federasiyasının xüsusi xidmət orqanları ilə iş üzrə müşavirinin saxta şəxsiyyət vəsiqəsi tapılıb.

Gürcüyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222 və 222.1-ci (“Odlu silah, onların əsas hissələri və döyüş sursatı, habelə partlayıcı qurğular və partlayıcı maddələrin qanunsuz saxlanması”) maddələri ilə cinayət işi başlanıb. O, həmçinin Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci (“Xarici vətəndaş tərəfindən Rusiya Federasiyasına giriş qaydalarının və Rusiya Federasiyasında olma rejiminin pozulması”) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bundan əvvəl FSB əməkdaşları Çelyabinsk vilayətində qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan dəstəni yaxalayıblar.

mənbə: oxu24